İrandan narkotik vasitə keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Mirkamil Seyidovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 1,433 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Adışirin Əliyevin üzərində şəxsi yoxlama zamanı onun əl baqajından 3 ədəd plastik qabda, ümumilikdə 294 ədəd və təsiredici maddəsinin xalis miqdarı 5,88 qram olan narkotik vasitə - metadon aşkar edilib. Hər iki faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31