Balakən sakinindən 12 kilo narkotik götürülüb

Balakən rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qazma kənd sakini Əhməd Musayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 12 kiloqram 125 qram olan çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31