Səbaildə 2 otaqlı ev yanıb

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 kv.m olan 2 otaqlı evin hamam otağında su qızdırıcı yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31