Piyadanı vurub maşını hasara çırpdı

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyulun 21-də saat 07 radələrində Bərdə rayonunun Əliyanlı kəndinin ərazisində, rayon sakini Loğman Rəhimov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Mübariz Həsənovu vurmuş və idarəetməni itirdiyindən avtomobili hasara çırpıb. Nəticədə piyada hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31