Avtomobili qaçıran şəxs tutulub

İyulun 21-nə keçən gecə Masallı rayonunun Qəriblər kəndindən Bakı şəhər sakini Şahid Orucova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb. Dindən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayonun Ərkivan qəsəbə sakini, axtarışda olan Əfruz Əliyev tutulublar. Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31