Avtomobilin vurduğu 2 piyada dünyasını dəyişib

DİN-dən verilən məlumata görə, iyulun 21-də saat 23 radələrində, Qusar şəhərinin ərazisində, şəhər sakini Elman İsgəndərov idarə etdiyi "VAZ-21723" markalı avtomobillə yolu keçən həmyerlisi Eldar İsmiyevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Qusar RPŞ tərəfindən araşdırma aparılır. İyulun 18-də saat 07 radələrində isə Tovuz rayonunun ərazisində Bozalqanlı kənd sakini Özal Paşazadə idarə etdiyi "VAZ-2103" markalı avtomobillə yolu keçən həmkəndlisi Nofəl Həsənovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və iyulun 21-də orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31