“Sevil Massivi” ilə bağlı cinayət işi məhkəməyə göndərilib

"Sevil Massivi" MMC ilə əlaqədar 5 vəzifəli şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun bildirdiyinə görə, cinayət işi ilə bağlı məhkəmənin ilkin baxışı olub: "Bu işlə bağlı vətəndaşlara dəyən ziyanın tam ödəniləcəyi ilə bağlı məndə heç bir narahatçılıq yoxdur. İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmlaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq". K. Əliyev "Xəmsə" MTK-nın rəhbərinin isə axtarışda olduğunu diqqətə çatdırıb: "Qanun bizə imkan verən formada ziyanın ödənilməsinə çalışırıq. Binanın indiki sahibi ilə vətəndaşlar arasında müqavilələr bağlanıb, bu sahədə vətəndaşlara dəymiş ziyanın ödənilməsinə çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31