Polisdə belə işgəncə verirlər... VIDEO
Hirsi soyumayan polis şübhəlinin boynundan tutaraq onu yerə yıxır və üstünə çıxır
1 Oktyabr 2012 10:21 KriminalAmerika polisinin əlil arabasında olan şübhəliyə qarşı kobud rəftarı barədə video-çarx yayılıb. "Cihan"ın yaydığı məlumata görə, görüntülər polis şöbəsinin təhlükəsizlik kamerası tərəfindən çəkilib. Məlumata görə, polis ifadəsini aldığı şübhəlinin eyni vaxtda qolunu da arxaya doğru burur. Ağrıya dözə bilməyən şəxs refleks hərəkətlə polisin üzünə vurur.Polis isə öz növbəsində şübhəliyə hücum edir və onu döyməyə başlayır. Hirsi soyumayan polis şübhəlinin boynundan tutaraq onu yerə yıxır və üstünə çıxır. Otaqda olan iki qadın isə baş verənlərə sadəcə tamaşa edirlər və polisə müdaxilə etmirlər.Polis daha sonra qoluna qandal vurduğu şübhəlini sürüyərək əlil arabasına qaldırmağa çalışır. Polisin bu hərəkəti ölkədə kəskin etirazlarla qarşılanıb. Qalmaqallı videonun yayılmasından sonra polis inzibati məzuniyyətə göndərilib.Xatırladaq ki, Amerika polisinin məhkumlarla və şübhəlilərlə kobud rəftar etməsi barədə daha əvvəl də video-çarxlar internetdə yayılmışdı. anspress