İyulun 20-də saat 12 radələrində, Şəki rayonunun Qoxmuq kəndinin ərazisində Şahid Səlimov idarə etdiyi "Lada Granta" markalı avtomobillə yolu keçən kənd sakini Əsabəli Yusifovu vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31