Evlərə qənim kəsilmiş oğrular ələ keçib

Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən mlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Zamin Həsənovun evindən 1000 manat və noutbuk oğurlamış Bakı şəhər sakinləri Ramiz Bayramov və Elçin Nəsirov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Xalidə Qurbanovanın və İradə Rüstəmovanın evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31