Mağazadan 6 ədəd telefon oğurladı

İyulun 20-nə keçən gecə Nəsimi rayonunun ərazisində, şəhər sakini Aydın Əliyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə tütün məmulatı və 6 ədəd mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Balakən rayon sakini əvvəllər məhkum olunmuş Vüqar Ağayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31