Avtomobildən oğurluq etmiş şəxs tutulub
21 İyul 2015 15:52 KriminalPaytaxt Bakıda avtomobildən oğurluq etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər BPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Nərimanov rayonunun ərazisində Tamerlan Axundova məxsus "Hyundai" markalı avtomobildən pul, məişət əşyası və sənəd oğurlamış Bakı şəhər sakini Röyal Nərimanov tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31