Evlərdən pul oğurlayan saxlanıb

DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Mirbahar Mikayılovanın evindən 1250 manat oğurlamış rayonun Şahağacı kənd sakini Niyaməddin Dadaşov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, iyul ayının 15-də Şıyəkəran kənd sakini Sadiq Əliyevin evindən 105 manat pul və mobil telefon oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31