Avtomobilin vurduğu piyada ölüb
16 İyul 2015 17:29 KriminalSaatlı rayonunun Bəylər kəndində Beyləqan rayon sakini Elman Behbudov idarə etdiyi "QAZ-53" markalı avtomobillə yolu keçən kənd sakini Afər Nuruşovu vurmuş və idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanmış Qaracalar kənd sakini Şövqi oğlu Əzizova məxsus "VAZ-21011" markalı avtomobilə çırpılıb. Dindən verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31