Avtomobili aşırdı, sərnişini dünyasını dəyişdi
16 İyul 2015 16:28 KriminalSiyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, rayonun Zarat kəndində Abşeron rayonu Masazır qəsəbə sakini Rakim Şahməmmədov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə R.Şahməmmədovun sərnişini həmyerlisi Etibar Şahməmmədov və oğlu Haldun xəstəxanaya yerləşdirilib. Etibar aldığı xəsarətdən orada dünyasını dəyişib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31