Saatlı və Zaqatalada narkotik vasitə aşkarlanıb
16 İyul 2015 16:27 KriminalSaatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaranuru kənd sakini, əvvəllər məhkum olunmuş Sahibəli Rüstəmova məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 30,5 kiloqram olan olan 93 ədəd çətənə kolu aşkar edilib. DİN-dən verilən məlumata görə, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 560 qram marixuana aşkar edilib. Həmçinin Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Car kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İslam İbrahimov tərəfindən aqrotexniki qaydada becərilmiş ümumi çəkisi 3,2 kiloqram olan 358 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31