Dəhşətli qəza - 6 ölü


Azərbaycanda daha bir dəhşətli qəza başa verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Füzuli rayonunda olub. Belə ki, rayonun Əhmədbəyli kəndində Təbriz şadlıq evinin qarşısında ağır qəza nəticəsində 6 nəfər həlak olub.

Qəzanın təfərrüatları barəsində hələ ki, məlumat verilmir.

***

Hadisəni APA-ya təsdiqləyən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə VAZ-2107 markalı avtomaşının "Skoda" markalı avtomobillə toqquşması nəticəsində baş verib. Hadisə zamanı 6 nəfər (5 nəfər hadisə yerində, 1 nəfər sonra) ölüb, 3 nəfər isə yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31