Azərbaycanda tükürpədici yol qəzası: 5 ölü

Hacıqabul-Füzuli yolunda baş verən yol qəzasında ailənin bir neçə üzvü ölüb

Bu gün 14:00 radələrində Azərbaycanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin ASS PRESS-ə verdiyi məlumata görə, Bakı-Hacıqabul-Füzuli yolunda "VAZ-2107" markalı 99 422 BV dövlət nömrə nişanlı avtomobillə "Skoda" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.Hadisə şahidlərinin verdiyi məlumata görə isə, qəza nəticəsində 7 nəfər ölüb. Deyilənlərə görə, 3 nəfər "VAZ-2107" markalı avtomobildə, 4 nəfər isə digər minik maşınında ölüb. "Skoda" markalı avtomobildəki ölənlər arasında azyaşlı uşağın və onun valideynlərinin olduğu bildirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31