Gəncədə çay evi yanıb

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus çay evi yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 90 kv.m çay evində arakəsmə, pivə masası 16 kv.m sahədə və pivə aparatı yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31