Ağdam rayonu, Ergi qəsəbəsində vətəndaşa məxsus ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31