740 qram qızılla ilişdi
14 İyul 2015 19:18 Kriminalİstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb. Lent.az-ın Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, S.Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31