Avtomobili qaçırmış şəxslər tutulublar

Binəqədi rayonunda Vaqif Rzayevə məxsus avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşları tərəfindən Vaqif Rzayevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış şəxslərin kimliyi müəyyən olunub. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Səməd Səmədli və Abşeron rayon sakini Səfər Həsənov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31