Nigarla görüşə icazə verilib

Barəsində həbs qətimkan tədbiri seçilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müsavatçı Nigar Yaqublunun ailə üzvləri ilə görüşməsinə icazə verilib.Sentyabrın 28-də "Media forum" saytına açıqlamasında vəkil Nemət Kərimli deyib ki, Nigarın ailə üzvləri sentyabrın 29-da onunla görüşə biləcəklər.Vəkil görüşün 4 saat sürəcəyini bildirib.Sentyabrın 28-də vəkillər Nemət Kərimli və Osman Kazımov Nigar Yaqublunun işini araşdıran müstəntiq Rafiq Həsənovla görüşüblər.Nemət Kərimlinin sözlərinə görə, iş üzrə keçirilən ekspertizalar başa çatıb: "Müstəntiq ekspertizanın rəylərini bizə elan etdi. Eyni zamanda Nigar Yaqublu da ekspertizaların rəyi ilə tanış oldu. Keçirilmiş texniki ekspertizanın yekun rəyinə əsasən, qəzaya uğrayan avtomobilin sükanı arxasında Nigar Yaqublu olub. Bu da yenilik deyil. Biz bunu indiyədək dəfələrlə bəyan etmişik. Bunu Nigar xanım özü də demişdi".Vəkilin sözlərinə görə, iş üzrə istintaqın yaxın günlərdə yekunlaşacağı gözlənilir: "İstintaq artıq yekunlaşmaq üzrədir. Yəqin ki, gələn həftə məhkəmə prosesi başlanacaq".Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31