İnterpola verilən 50 nəfərin yeri bilinib
10 İyul 2015 20:00 Kriminal"Bu ilin birinci yarısında təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub" . Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib. Nazir müavini qeyd edib ki, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31