Bakıda minik avtomobili avtobusla toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bilgəh qəsəbəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Ramiz İsmayılov idarə etdiyi VAZ 21011 markalı avtomobillə Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin  avtobusu toqquşub. Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31