Yevlaxda toxumçuluq şirkətindən oğurluq edən şəxs yaxalandı

. Yevlaxda şirkətdən dizel oğurlayan şəxs yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 27-də Xanabad kəndi ərazisində, "Azər Toxum" MMC-nin ərazisindən 100 litr dizel yanacağı oğurlamış Zaqatala rayon sakini Nurəddin Ramazanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31