Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində quraşdırılmış elektrik sayğacı və kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31