Bakıda doqquzmərtəbəli binada yanğın baş verib
5 nəfər təxliyyə olunub
10 İyul 2015 13:04 KriminalBakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan 2 otaqlı evin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb. Yanğın zamanı mənzildən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31