“Mersedes”lə sərnişin avtobusu toqquşub

2 nəfər dünyasını dəyişib

Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində "Mercedes" markalı minik avtomobili, "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "Mercedes" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31