“AKKORD” qarət edildi, 3 tondan artıq yanacaq oğurlandı

"AKKORD"da oğurluq hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər nazirliyindən məlumat verilib. Hadisə şirkətin Hacıqabul rayonu ərazisində baş verib. Rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da "Akkord İnşaat Sənaye" MMC-yə məxsus 3155 litr dizel yanacağını oğurlayıb satmağa cəhd göstərmiş, oranın işçisi Fuad Heydərov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31