Bakıda narkomafiyanın tiryəkxanası aşkarlandı
28 Sentyabr 2012 17:12 KriminalBakıda daha bir narkomafiyanın tiryəkxanası aşkarlanıb. Bu barədə "OLAYLAR!"a Daxili İşlər nazirliyi məlumat verib. Tiuryəkxana Suraxanı rayonu ərazisində baş verib. Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı qəsəbə sakini Mehdi Rəhimovun evində tiryəkxana saxlaması müəyyən edilib və orada olan Bakı şəhər sakinləri Vaqif Maksimovdan 0,183 qram, Rövşən Əlişanovdan 0,224 qram, Vüsal Ağayevdən 0,215 qram və İkram Ağayevdən 0,206 qram heroin götürülüb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31