Abşeron sakini yeni tikilmiş evində qətlə yetirildi

Abşeronda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə sentyabrın 27-də rayonun Qobu qəsəbəsi ərazisindəki baş verib. Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyev yeni tikilmiş evində bıçaqla qətlə yetirilib. Hadisəni törətmiş Saatlı rayon sakini Orucəli Abdullayev könüllü olaraq Saatlı RPŞ-yə gedib, qətli törətməsini etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31