Avtomobili yol ayrıcına çırpdı

Ölən və yaralanan var

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi avtomobillə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. DİN-dən verilən məlumata görə, A.Məmmədov "Mercedes" markalı avtomobili yol ayrıcıına vurub. Nəticədə onun sərnişinlərindən G.Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişini F.Səlimova xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31