Səfirin müavini Bakıda qəzaya düşdü

Səfirin müavini 45 yaşlı Adrian Leenin idarə etdiyi "Hyundai" markalı, SFR D 00513 dövlət nömrə nişanlı avtomobil, 25 yaşlı Vaqif Hüseynovun idarə etdiyi eyni markalı maşınla toqquşub.Böyük Britaniyannın Azərbaycandakı səfirinin müavini Bakıda yol qəzasına düşüb. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə dünən Azadlıq prospekti, 1 ünvanında qeydə alınıb.Səfirin müavini 45 yaşlı Adrian Leenin idarə etdiyi "Hyundai" markalı, SFR D 00513 dövlət nömrə nişanlı avtomobil, 25 yaşlı Vaqif Hüseynovun idarə etdiyi eyni markalı maşınla toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisənin hansı sürücünün günahı ucbatından baş verməsi məlum deyil.Məsələ ilə bağlı səfirlikdən münasibət öyrənmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31