Bakıda mədəniyyət evi yanıb

Bakı şəhəri, Nizami rayonunda Mədəniyyət və Turizm Nazirliyinin hal-hazırda fəaliyyət göstərməyən mədəniyət evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 kv.m olan mədəniyyət evinin 2-ci mərtəbəsində bir otağın döşəməsi 10 kv.m sahədə yanıb. Mədəniyyət evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31