”MORMOR“ su sexində yanğın baş verib
9 İyul 2015 12:32 KriminalGədəbəy rayonu, Mormor kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan "MORMOR" su sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 86 kv.m sahədə və içərisində olan konveyer aparatı yanıb. Su sexinin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31