Bakıda 180 min dollarlıq dələduzluq

Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyini iddia edir. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Natiq Alı oğlu Hümbətov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 1977-ci il təvəllüdlü İlham Dilqəm oğlu Məmmədov onun etibarından sui-istifadə edərək 180 min ABŞ dollarını alaraq qaytarmayıb. Hazırda polis ərizə üzrə araşdırma aparır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31