Azərbaycanda 12 tona yaxın çətənə kolu məhv edilib
8 İyul 2015 15:13 KriminalBir neçə rayonda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşları tərəfindən şəhər ərazisində çəkisi 620 kiloqram olan 554 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Yengiyan kəndi ərazisində çəkisi 8 ton 625 kiloqram olan 5750 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində çəkisi 2 ton 370 kiloqram olan 8014 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31