Sevinc Babayeva kitabxanaya necə rəhbər gətirilib?

Elşad Abdullayev və Gülər Əhmədovun yayımlanan videosunda görünən və dünən həbs olunan Sevinc Babayevanın Sabir adına kitabxanaya təyin olunmasının arxasında nələr dayanır?"Vətəninfo.az"a etibarlı mənbələrdən daxil olan məlumata görə, Gülər Əhmədova Xətai rayonuna millət vəkili seçildikdən sonra Sevinc Babayeva kitabxanaya rəhbər gətirilib. Məlumata görə, Gülər Əhmədova Sevinc Babayevanın kitabxanaya rəhbər gətirilməsi üçün birbaşa Xətai Rayon İcra başçısı Razim Məmmədovdan və Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayevdən xahiş edib.Qeyri-rəsmi məlumata görə, S.Babayevanın rəhbər təyin olunmasında məqsəd isə Sabir adına kitabxananı özəlləşdirib satmaq və bu üçlük arasında bölmək olub.Maraqlıdır ki, kitabxana fəaliyyəti istiqamətində heç bir təcrübəsi və diplomu olmayan S. Babayevanın kitabxanaya rəhbər gətirlməsinin arxasında başqa nə ola bilərdi?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31