Rəqsanənin əxlaqsızlıq yuvası dağıdıldı
8 İyul 2015 10:52 KriminalBakının Sabunçu rayonunda əxlaqsızlıq yuvası aşkar olunub.Əxlaqsızlıq yuvasını Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Rəqsanə Həsənova təşkil edib. Rəqsanə Həsənova rayon ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası təşkil etməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə əməliyyat məlumatı daxil olub. Əməliyyat məlumatı daxil olan kimi polis əməkdaşları həmin kafeyə gedib. Əməliyyat zamanı oğlanla qızın kafenin otaqlarından birində intim münasibətdə olarkən yaxalanıblar. Rəqsanə Həsənova polis idarəsinə gətirilib.Faktla bağlı cinayət işi başlanıb. (mediaxeberleri.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31