Vətəndaşların pulunu mənimsəyən şəxs 9 il azadlıqdan məhrum edildi
7 İyul 2015 14:08 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İltifat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ. Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Əliyev dələduzluq yolu vətəndaşların pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayətindən sonra İ. Əliyev saxlanılaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31