21 yaşlı gənc anasını qətlə yetirdi
7 İyul 2015 12:47 KriminalBakıda qətl hadisəsi törədilib. Hadisə Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı bəlli olub ki, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S. Zöhrabov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31