Azərbaycanlı keşmiş məhbus Moskvada saxlanıb
3 İyul 2015 14:36 KriminalMoskvanın polis əməkdaşları fırıldaqçılıqda şübhəli bilinən şəxsi saxlayıb. "Olaylar"-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, əvvəllər məhkum olunan 49 yaşlı Azərbaycan vətəndaşı ölən vətəndaşların mülkiyyətinə qarşı fırıldaqçılıqda ixtisaslaşmış etnik mütəşəkkil qruplaşmanın üzvü olub. Polislər müəyyən ediblər ki, o, 2014-cü ilin mart ayında ölən moskvalının pul vəsaitini mənimsəmək məqsədilə saxta sənədlər düzəldib. Fırıldaqçı sonradan həmin sənədləri notariusa təqdim edərək həmin mülkiyyətə vərəsəlik hüququ əldə edib. Onun analoji cinayətlərdə iştirak edib-etmədiyi də araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31