Kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edildi

"General Construction" şirkətlər qrupuna daxil olan MMC-lərdən birinin direktoru dələduzluqda təqsirləndirilir

Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib. APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib. C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31