Bakıda iki nəfər dənizdə boğuldu

Bakıda iki nəfər dənizdə bataraq ölüb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 2 nəfər dənizdə çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31