Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib
1 İyul 2015 12:27 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir çəpərə çırpılıb. Nəticədə, avtomobilin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Eyni zamanda, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31