Masallı rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş yardımçı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31