Ər-arvadı öldürən 8 il cəza aldı
27 Sentyabr 2012 21:03 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Biləsuvar rayon sakini Rövşən Seyfullayevin cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Seyfullayev 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Biləsuvar rayonu ərazisində, rayon sakini Rövşən Seyfullayev "BMW" markalı avtomaşını idarə edərkən Aşağı Cürəli kənd sakinləri Ələkbər Əhmədovu və onun arvadı Südabəni vurub. Nəticədə Ə.Əhmədov və Südabə hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31