Meyxanaçı Vahid Qədim axtarışa verilib
29 İyun 2015 18:18 KriminalAzərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov bu ilin yanvarından axtarışa verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31