Moskva 6 nəfəri qətlə yetirən rus əsgərini Ermənistana verdi
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır
29 İyun 2015 00:29 KriminalYanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun cinayət işi Ermənistana təhvil verilib.
ANS TV-nin "News.am"istinadən verdiyi məlumata görə, cinayət işi ilə bağlı materialların Ermənistana təhvil verilməsi iki ölkə arasında mövcud olan anlaşmaya əsasən həyata keçirilib.
Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31